Azərbaycanın xalq artisti Faiq Ağayev, daha bir yenilik edərək, öz adına "Youtube"da rəsmi kanal açıb.AZXEBER.COM-un məlumatına görə, bu barədə "Facebook" səhifəsində yazan xalq artisti, "25 illik səhnə fəaliyyətimi əks etdiren videoları artıq məhz bu səhifədən izləyə bilərsiz" deyərək pərəstişkarlarını sevindirib.Bununla yanaşı, Faiq Ağayevin "YouTube" kanalının 15 bölümündə: 20 klip, solo-konsertlərindən 53 video, öz iştirakı ilə olan verilişlərdən 60 sujet, audio-albomlarından 33 mahnı, 1 sənədli film, 14 arxiv videosu yer alib.Qeyd edək ki, xalq artisti, "YouTube" kanalının yaranmasında müstəsna xidmətləri olan Kamal Bilalov və Nərmin F.A-ya da təşəkkür etməyi unutmayıb.https://www.youtube.com/user/AgayevFaiq/featuredOzal İbrahimli