02:09 Bazar Günü, 21 Aprel 2019
İDMAN

Azərbaycanın yeni baş məşqçi məlum oldu - AFFA toplanır

16:32, 11.02.20192544
Azərbaycanın yeni baş məşqçi məlum oldu - AFFA toplanır

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

AZXEBER.COM-un xəbərinə görə, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər salınıb.
 
İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün AFFA rəsmi saytı vasitəsi ilə açıqlanacaq. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, A milli komandaya əsas namizəd xorvatiyalı Nikola Yurçeviçdir.

XƏBƏR LENTİ