"Azərbaycanla oyunda mütləq qalib gəlməliyik" - Marko Rossi

"Azərbaycanla oyunda mütləq qalib gəlməliyik" - Marko Rossi
İDMAN
22:09 30.09.2019
8571
Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunlar haqda fikirlərini bildirib.

AZXEBER.COM Qol.az-a istinadən bildirir ki, italiyalı mütəxəssis millimizlə görüşdə qalib gəlməli olduqlarını söyləyib:  "Qarşıda iki çətin oyunumuz olacaq. Qrupdan çıxmaq şansımız var. Azərbaycanla oyunda mütləq qalib gəlməliyik. Xorvatiyaya qarşı isə sürpriz etməyə çalışacağıq. Özümüzün və onların kim olduqlarını bilirik".

Qeyd edək ki, Macarıstan yığması oktyabrın 10-da Xorvatiya, 13-də isə millimizlə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR