Azərbaycanlı bu qız Erdoğanı kövrəltdi - VİDEO

MARAQLI
13:45 18.04.2013
4001

Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan 23 aprel Türkiyə müstəqilliyi və uşaqlar günü münasibətilə, bayram tədbirlərində iştirak etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən Ankaraya gələn uşaqları qəbul edib.

Görüş Türkiyə parlamentində baş tutub.Ərdoğan qısa nitqlə çıxış edərək, qeyd edib ki, dünya mədəniyyətləri və xalqları arasındakı fərqlər insanlığın əsl var-dövlətidir və gələcək nəsillərə dünyanı münaqişələrsiz və müharibələrsiz ötürməyə çalışmaq lazımdır.Ərdoğanın çıxışından dərhal sonra balaca Ayan Azadzadə ona yaxınlaşdı və Türkiyə baş nazirinə Azərbaycan milli musiqi alətlərinin miniatür nümunələrini hədiyyə etdi. “Uşaqları qoruyun. Dünyanı qoruyun. Uşaqların gülüşlərini qoruyun”, - deyə balaca Ayan dünya liderlərinə müraciət edərək dedi. Kövrəlmiş Baş nazir Azərbaycan milli geyimində olan balaca Ayanı öpdü və ona suvenir hədiyyə etdi.

OXŞAR XƏBƏRLƏR