11:51 çərşənbə, 11 Dekabr 2019
Maqazin

Azərbaycanlı DJ-dən yenilik: "Bulgarians" – VİDEO – FOTO

14:14, 08.07.20192577
Azərbaycanlı DJ-dən yenilik:
"Hazırda ölkəmizdə fəaliyyət göstərən DJ-lərdə belə klip yoxdur. Yalnız son vaxtlar diqqətçəkən DJ Roşkadır ki, o, "mashup” üslubuna üstünlük verib.”

Bu sözləri müəllifi olan yeni "Bulgarians” adlı mahnısına klip çəkdirən DJ Orxan Abbasov deyib. O, bildirib ki, klip Gürcüstanın Batumi şəhərində və paytaxt Bakıda çəkilib:

"Mahnıda bolqar ritmlərindən istifadə olunub. Bu üslubda ilk dəfədir işlənilib. Elə buna görə də bu, yenilikdir və fərqlilikdir. "G-House” janrında olan mahnı dinləyicilər tərəfindən çox müsbət qarşılanır. İdeya müəllifi olaraq, kimdənsə, nədənsə istifadə etməmişəm.”

DJ Orxan qeyd edib ki, "Yayın ilk pozitiv klipi!” devizi ilə yayımlanan klipin montaj müəllifi Rəşad Həsənov və videoqrafı Zakir Quliyevdir.

Klipdə rəqs edənlər "Qrifon dance studio” qrupudur.
 


 

 


XƏBƏR LENTİ