Azərbaycanlı fotoqrafın əsərləri Türkiyədə - FOTOLAR
MƏDƏNİYYƏT
12:20 21.10.2015
2249
Türkiyənin qədim tarixi vilayəti olan Safranboluda TÜRKSOY-un əsas tədbirlərindən biri olan Türk Dünyası Fotoqraflarının 12-ci görüşü baş tutub.Görüşün əsas məqsədi türk dünyası xalqlarının qardaşlıq, birlik əlaqələrini gücləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaqdır. Azərbaycan Fotoqraflar Birliyinin üzvü Araz Adiloğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, TÜRKSOY-a üzv olan ölkələrin fotoqraflarından ibarət 27 nəfərlik qrup oktyabrın 5-ində və 9-unda Safranbolu vilayəti ərazisində çəkilişlər edib: “Daha sonra isə TÜRKSOY rəhbərliyi Düsen Kaseinov başda olmaqla mətbuat konfransı keçirildi. Konfransda gələcək layihələr və görüləcək işlər haqda məlumatlar verildi. Həmçinin müxtəlif təkliflər səsləndirildi. Tədbirin sonunda isə fotoqraflara bu layihəyə qatıldıqlarına görə sertifikatlar təqdim olundu”.