Azərbaycanlı futbolçu Ukrayna millisinə dəvət aldı

Azərbaycanlı futbolçu Ukrayna millisinə dəvət aldı
İDMAN
08:55 04.11.2021
293

Ukraynanın "Minay" klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev bu ölkənin U-21 yığmasına çağırılıb.

Baş məşqçi Ruslan Rotanın Şimali Makedoniya və Serbiya ilə 2023-cü il Avropa çempionatının seçmə matçları üçün dəvət göndərdiyi oyunçular arasında 19 yaşlı yarımmüdafiəçi də var.

Lakin gənc futbolçunun adı hələlik ehtiyat siyahıya salınıb.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur.

OXŞAR XƏBƏRLƏR