Azərbaycanlı gənc müğənni Elgün Hüseynov "Pardon" mahnısı Türkiyənin Antalya şəhərində öz damğasını vurub.AZXEBER.COM-un məlumatına görə, müğənninin “Pardon” mahnısı son günlər qardaş Türkiyədə böyük sürətlə yayılmaqdadır. İnsanlar tərəfindən olduqca müsbət qarşılanan bu mahnı, internet saytlardan yükləyərək böyük zövqlə dinlənilir. Bununla yanaşı, Türkiyədə “Pardon” mahnısı sosial şəbəkələrdə ən çox paylaşılan və“youtube”da ən çox dinlənilən mahnılardan birinə çevrilib. Musiqisi tanınmış aparıcı Səxavət Nura, sözləri isə gənc yazar Orxan Ömərə məxsus olan “Pardon” mahnısı sən demə, bu yay Antalyada damğasını vurub.Qeyd edək ki, gənc müğənni Elgün Hüseynov eyni zamanda “Araz FM” radiosunun “Üçü birində” səhər şousunun aparıcılarından biridir.Ozal İbrahimli