AZXEBER.COM-un Gürcüstan KİV-nə istinadla verdiyi məlumata görə, “maqnit adam” ləqəbli Etibar Elçiyev 92 kq ağırlığındakı qaşıqları bədənində saxlayaraq rekord vurub. Bədənində qeyri-adi maqnit gücü olan Etibar Elçiyev Ginesin 2014-cü il buraxılışı olan kitabına da daxil olub. “Maqnit adam” mətbuata açıqlamasında yaxın gələcəkdə 150 kq-a yaxın dəmiri bədənində saxlamağa cəhd edəcəyini deyib.Qeyd edək ki, bundan əvvəlki rekord kanadalı bir gəncə məxsus olub. O, 17 qaşığı bədənində saxlaya bilib.Azərbaycanlı “maqnit adam”ın tibb aləmi üçün marağlı olduğunu deyən həkimlər isə belə hadisələrin nadir olsada mövcud olduğunu deyiblər. Gürcüstan mətbuatı Etibar Elçiyev bədənində bioenerjinin olduğunu və bundan xalq təbabətində istifadə etdiyini yazıb.