Azərbaycanlı gənc iş adamı İstanbulda qurduğu şirkətin 1 yaşını qeyd etdi - FOTOLAR

Azərbaycanlı gənc iş adamı İstanbulda qurduğu şirkətin 1 yaşını qeyd etdi - FOTOLAR
SOSİAL
18:07 26.03.2017
20875

 

"Gadimovs Group” 1 yaşını İstanbul şəhərində təntənəli şəkildə qeyd etdi.

AZXEBER.COM xəbər verir ki, şirkətin rəhbəri, gənc iş adamı Urfan Qədimov Türkiyədə Azərbaycan vətəndaşlarına hüquq, xaricdə təhsil, yatırım və Türkiyədə yerləşim xidmətləri göstərən "Gadimovs Group”un son bir ildəki fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

O, Türkiyə-Azərbaycan arasındakı qardaşlıq və dostluq münasibətlərində qarşılıqlı biznes əlaqələrinin önəmi haqqında danışaraq öz fəaliyyətlərində əsas məqsədin bu əlaqələrin genişlənməsinə xidmət etdiyini bildirib. U.Qədimov Azərbaycandan qardaş ölkəyə üz tutan vətəndaşlarımızın sayında ciddi artım olduğunu və buna görə Türkiyədə oturma icazəsi almaq istəyən şəxslərə peşəkar xidmət göstərdiklərini əlavə edib. Belə ki, turistlər üçün, tələbələr və işləyən şəxslər üçün oturma icazələrinin alınması istiqamətindəki müraciətlər şirkət əməkdaşları tərəfindən ən operativ şəkildə həllin tapdığı qeyd olunub.

U.Qədimov şirkət əməkdaşlarının Türkiyədə hər an dəyişən əmlak bazarındakı prosesləri yaxından izlədikləri üçün bu ölkədə daşınmaz əmlak almaq istəyən və ya özəl sahibkarlıq müəssisəsinə sahib olmaq istəyən vətəndaşlara əlavə danışmanlıq xidmətlərinin də göstərdiyini bildirib.

Bundan başqa şirkət Türkiyədə yatırım etmək istəyən sahibkarları bazarla yaxından tanış edərək onlara bu ölkədə çox qısa zamanda işlək vəziyyətə gətirilə biləcək hazır özəl layihələr də təqdim edir.

 
Gsm:+905349188212
WhatsApp:+905435630012
instagram:gadimovsgroup
facebook:@gadimovsgroup
 

 


 

 


 

 



OXŞAR XƏBƏRLƏR