Azərbaycanlı jurnalistlər Portuqaliyanın məşqçisini belə boykot etdilər - Video

Azərbaycanlı jurnalistlər Portuqaliyanın məşqçisini belə boykot etdilər - Video
19:50 27.03.2013
2332
DÇ-2014-ün seçmə mərhələsində keçirilən Azərbaycan – Portuqaliya (0:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Paulo Bento keçirdiyi mətbuat konfransında yerli jurnalistlərin ona verəcəyi sualın Azərbaycan dilinə tərcümə olunmasına imkan verməyib.Lakin azərbaycanlı jurnalistlər buna etirazlarını bildiriblər. Onlar qeyd ediblər ki, hələ oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında da Portuqaliya tərəfi jurnalistlərə eyni hörmətsizliyi edib. Təkidlərinin bir nəticə vermədiyini görən yerli jurnalistlər mətbuat konfransının keçirildiyi zalı tərk ediblər.Həmin anları təqdim edirik. /// futbolpress.az
OXŞAR XƏBƏRLƏR