Almaniyada təhsil alan məhşur model Azər Atakişiyev sabah Vətənə qayıdır. Model Yeni ili Bakıda, ailə üzvləri ilə birlikdə qeyd edəcək.Onlar üçün darıxdığını AZXEBER.COM-a danışan model bayram axşamı Almaniyada yaşayan sevgilisindən ayrı düşəcəyini bildirib.
“Sabah onu tərk edib, Azərbaycana gəlirəm. Bu, müvəqqəti ayrılıq olacaq. Neçə aydır ailəmdən uzaqdayam. Onlar da darıxıblar. Doğum günümü sevgilimlə keçirdim. Yeni ili isə Bakıda olmağa qərar verdim” – deyən modelin səfəri əksəriyyət insanları təşvişə salan dekabrın 21-i tarixinə təsadüf edir.
Fərziyələrə inanmadığını bildirən Azər Atakişiyev: “Dünyanın dağılmağl xəbərindən qorxmuram. Bu tarix mənim gəlişim uçun təsadüfi seçimdir. Sevgilim də mənim kimi düşünür. Biz yaxın həftələrdə yenidən birlikdə olacağımıza inanırıq” – deyə o, bildirdi. Ozal İbrahimli