Xalq ulduzu – 3 musiqi yarışmasının yadda qalan iştirakçılarından olan gənc müğənni Kamil Cəfərov yeni mövsümdə “Ayrılmaq istəyirəm” adlı mahnısını təqdim edib.AZXEBER.COM-un məlumatına görə, sözləri Zeynəb Adalətqızına, musiqisi isə müğənnin həmkarı Elvin Abdullayevə məxsusdur. Müğənnin ifa etdiyi “Ayrılmaq istəyirəm” adlı mahnısı artıq “youtube” kanalında da yayımlanmaqdadır.