Son bir ildə repertuarına xalq və klassik bəstəkar mahnılarından əlavə, müasir və Türkiyədə aranjeman olunan kompazisiyaları daxil edən gənc müğənni İlahə İbadovanın növbəti yeniliyi klip çəkilişidir.AZXEBER.COM-un məlumatına görə, yenilənən repertuardan klip “Səsin gəlir” adlanan mahnın payına düşür. “Xalq ulduzu” yarışmasında birgə iştirak etdiyi Taleh Ələsgərli ilə Ələkbər Tağıyevin “Qonşu qız” mahnısının klipini bir neçə ay öncə təqdim edən sənətçi xanım, yeni klipini yayın əhval-ruhiyyəsinə uyğun düşünür. Çəkilişə sayılı günlər qalsa da, İlahə heyətin kimliyinə bu günlərdə qərar verəcək. Bir neçə rejissordan əməkdaşlıq təklifi alan İlahə xanımın seçimi ən yaxşı ssenarinin üzərində dayanacaq.
Proses başa çatandan bir neçə həftə sonra sənətçi klipinə təqdimat keçirməyi düşünür.