Azərbaycanlı müğənni ölkəni tərk edəcək - FOTOLAR

MAQAZİN
09:19 28.12.2012
1843

Müğənni İlahə İbadova Yeni ilə xüsusi hazırlaşır.AZXEBER.COM-un məlumatına görə, sənətçinin həm təzə, həmdəki köhnə yeni il proqramını müəyyən edib. Dekabrın 31-i ailə üzvləri ilə birlikdə olmağı arzulayan sənətçi həmin günün konsert təkliflərindən imtina edib. Həmçinin xanəndə, dostları tərəfindən sürpriz hədiyyələrlə qiymətləndiriləcək.

Sualımızı cavablandıran sənətçi deyir ki, bayram bununla bitmir. O, köhnə ili də bayram əhval-ruhiyyəsində qeyd edəcək. Sənətçinin proqramı respublikadan kənara düşünülüb. O, gedəcəyi ölkənin adını açıqlamasa da, seçiminin uğurlu alınacağına inandığını qeyd etdi.

Yeni təqvimə gəlincə, o, bəzi insanların ehtiyat etdiyi 2013-cü ili son iki rəqəminə nəs yanaşmadığını dedi.

“Mən planlarımı rəqəmlər üzərində deyil, Tanrıya sığınaraq qururam. Uğuruna da inanıram” – deyə xanəndə bildirdi.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR