AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi məlumata görə, o, növbəti dəfə də bu barədə danışmaq istəmədiyini bildirib. Ancaq Facebook səhifəsində kiminləsə münasibətdə olduğunu qeyd etdiyindən, müğənni sualı cavablandırmaqdan imtina edə bilməyib. "Bunu sosial şəbəkədə hər kəsin gördüyü üçün suala da virtual dildə cavab verəcəyəm. Bəli, mən onlayndayam və həmişə orada qalacam", - deyə E.Ələkbərzadə Space telekanalının "Plus-minus" verilişində deyib.