Müğənni Xatun Əliyevanın avtomobilini bu səhər cərimə meydançasına aparıblar.AZXEBER.COM-un məlumatına görə, sənətçi bu haqda “Hər şey daxil” verilişində deyib.O, səhərin onun üçün o qədər də xeyirli açılmadığını bildirib:
“Gün mənim üçün uğurlu başlamadı. Avtomobilimi cərimə meydançasına apardılar. Maşınımın şüşələrində qara plyonka var. Onu dəyişdirməliyəm. Buna görə də, polis məni cəzalandırdı”.//axsam.az