Azərbaycanlı müğənniyə amerikalı bəstəkardan təklif gəldi

MƏDƏNİYYƏT
12:45 29.03.2013
1541
Azərbaycanlı müğənniyə Cahangir Qurbanov Amerikadan təklif aldı.AZXEBER.COM-un məlumatına görə, müğənni B. Kolos adlı amerikalı bəstəkarın təklifi ilə Müslüm Maqomayevə həsr olunmuş mahnını oxuyacaq. Amerikalı bəstəkar Cahangirin ifasında Müslüm Maqomayevə ithaf olunmuş "Посвящение" (İthaf) kompozisiyasını dinlədikdən sonra bu qərara gəlib.Sözügedən musiqi əsərini Eldar Həsənov E.Qrişinin sözlərinə bəstələyib. Cahangir Qurbanov B.Kolosun Müslüm Maqomayevin pərəstişkarı olduğunu deyir: "Özü Maqomayevin heyranıdır, pərəstişkarıdır. O, bizim Müslüm Maqomayevə həsr edilmiş klipimizi görüb, müraciət edib. Klipə baxdıqdan sonra Eldar müəllimin koordinatlarını tapıb və ondan Müslüm Maqomayevə ithaf olunmuş sözlərə mahnı bəstələməsini xahiş edib. Başqa bir yaradıcı insan ona Maqomayevə həsr etdiyi şeri təqdim edərək onun üzərində mahnı bəstələməsini xahiş edib. Amma o, həmin sözlərə bir şey yaza bilmədiyini bildirib və bunu Eldar Həsənovdan xahiş edib. Deyib ki, yazsam da sizinki kimi alınmayacaq."

OXŞAR XƏBƏRLƏR