04:43 Cümə Axşamı, 18 Iyul 2019
MƏDƏNİYYƏT

Azərbaycanlı nazir Sezen Aksuya sərt ismarıc göndərdi

00:47, 15.03.20122419
Azərbaycanlı nazir Sezen Aksuya sərt ismarıc göndərdi
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda türkiyəli müğənni Sezen Aksunun Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa etməsinə münasibət bildirib."Bizim alimlərimiz və musiqişünaslarımzın "Sarı gəlin" mahnısı haqqında ətraflı məlumatlarını Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə şəxsən təqdim etmişəm. Biz öz sərvətlərimizi qorumalıyıq", - deyə nazir jurnalistlərə bildirib.Ə.Qarayev qeyd edib ki, hər hansı ölkədə belə fakt varsa, bunun qarşısı alınmalıdır. "Əfsuslar olsun ki, bəzən bu məsələyə dərindən yanaşmayan, bu məsələni dərindən düşünməyən insanlar hələ də mövcuddur. Çox yaxşı ki, bizim geniş ictimaiyyətimiz bu məsələyə qəti etirazını bildirdi. Düşünürəm ki, tanınmış müğənni gələcək yaradıcılığında nöqsanını aradan qaldırmaq üçün lazımi işlər görəcək".
Qeyd edək ki, AZXEBER.COM portalı məsələ ilə bağlı bir neçə gün bundan öncə şou-biznes nümayəndələrinin münasibətlərini dərc etmişdi.
Buradan oxuyun...
XƏBƏR LENTİ