Türkiyənin tanınmış modeli Barboros Şansal küçədə hücuma məruz qalıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tanınmış model bir neçə nəfər tərəfindən hücuma məruz qaldığını söyləyib. O ona hücum edən şəxslərin kimliyi ilə bağlı heç bir məlumatı olmadığını bildirib.
Qeyd edək ki, adı çəkilən model bir neçə ay bundan öncə Türkiyənin “Star” kanalında yayımlanan “Alişan və Sevcan”verilişində iştirak edən zaman, azərbaycanlı nazirlərdən birinin ona bahalı saat bağışladığını söyləmişdi.