Müğənni Aysel Əlizadə Yeni il gecəsi maraqlı aktyor oyunu nümayiş etdirəcək.
Bu gün son çəkilişləri aparılan film Azad Azərbaycan telekanalının istehsalıdır. Çəkilişlərdən zaman tapan sənətçi bəzi bayram verilişlərinə qonaq olub. Gözəlliyi ilə göz oxşayan müğənni bu zaman Publika.az-ın kamerasına iddialı pozalar verib. Bayramdan söz düşmüşkən, öyrəndik ki, Aysel Yeni ili Bakıda ailə üzvləri ilə qarşılayacaq. Gələn ilin ilk həftələrinə yeniliklər düşünən sənətçi bunun təqdimatdan ibarət olduğunu bildirdi. Söylədi ki, Türkiyədə ekranlaşdırılan klipinə təqdimat keçiriləcək. Tədbirin mahiyyəti tək klip yox, bir neçə yaradıcılıq işinin tanıtımından ibarətdir. Sənətçi bu barədə təqdimatda geniş danışacağını söylədi.