Eşq etirafı Esra Erolun Türkiyənin ATV kanalında aparıcılığı ilə təqdim edilən “Esra Erolla Evlen Benimle” proqramında edilib.
Gün.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, proqrama evlənmək üçün qatılan Doğukan adlı cavan oğlanla azərbaycanlı qızı, 21 yaşlı Günel tanış olmaq niyyətinə düşüb.Verilişdə üz-üzə gələn gənclər bir-birini bəyəniblər.İş o yerə çatıb ki, heç bir qızı bəyənməyən gənc oğlan azərbaycanlı qızdan çox xoşu gəldiyini dilə gətirərək, “Çok yaxşı” deyib və həmyerlimizi çay içməyə dəvət edib.İndi hamı bu izdivacın nə ilə nəticələnəcəyini gözləyir.