Onun 69 yaşı vardı.
Tanınmış azərbaycanlı rejissor Nicat Feyzullayev bu gün dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, mərhum rejissor 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub.
1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb.
1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Bir necə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu-rejissoru, ssenari müəllifidir. Bunlardan “Axırıncı aşırım” (film, 1971), “Cinayətin astanası” (film, 1985), “Dəyirman öz işindədir... “(film, 1990), “Küçələrə su səpmişəm” (film, 2004), “Qızıl qaz” (film, 1972) və s. filmlərini misal göstərmək olar.
Allah rəhmət eləsin!