Azərbaycanlı rəqqasə: ‘Dedim ki, mənə iynə vurun’

MAQAZİN
16:18 24.12.2012
2444

"Bir gün əvvəl gecə halım pisləşdi, təcili yardım çağırdılar".

Rəqqasə Fatimə 21 dekabrda dünyanın dağılması ilə bağlı yayılmış xəbərlərin həyəcanını hələ də üzərindən ata bilmir. Bu barədə axşam.az-a açıqlama verən Fatimə həmin gün bütün işlərini təxirə saldığını deyib: “21 dekabra məndən çox hazırlaşan olmamışdı: nə qədər termos, şam almışdım. Evdəkilər deyirdi ki, 21 dekabr keçdikdən sonra bu termosları qarşına qoyub sənə güləcəyik. Elə o cür də etdilər. Həmin gün o qədər qorxurdum ki, təzyiqim qalxmışdı, əsirdim. Həkimlərə dedim ki, mənə iynə vurun yatım, dünyanın necə dağılacağını görməyim. Amma şükür ki, heç nə olmadı”. Rəqqasə bu yaxınlarda tamaşaçıların qarşısına yeni layihələrlə gələcəyini bildirib: “Çox möhtəşəm yenilik edəcəm. Tamaşaçılar məni tam fərqli ampulada görəcəklər. Yeni bir klip çəkdirməyə hazırlaşıram. 2013-cü ildə hamını fərqli layihələrlə təəccübləndirəcəm”.

OXŞAR XƏBƏRLƏR