- Mən öz ailəmdən deye bilərəm ki,unveristetə daxil olduğum zaman incəsənət sözün eşidən hər kəs "mənə artist olacaqsan" soyləyirdi. İncəsənətin incəliklərin yəqin ki anlamadıqları üçün bu sahəyə birmənalı yanaşırlar və övladları bu sahədə olarsa, onları itirərlər deyə düşünürlər.
Xüsusilə də valideyinlər qızların gələcəyindən tərəddüd edir. Bu səbəbdən valideynlər uşaqlarını mədəniyyətdən, incəsənətdən uzaq tutmağa çalışır.
- Amma sən artist yox, teleaparıcı oldun, televiziyaya gəlişin necə oldu?
- Universitet illərində kastinqlər keçirilirdi, hər zaman seçilirdim amma bilirdim ki, qetiyyən mənə icazə verməzlər televiziyada çalışmağıma. Bir gün yenə kastinq keçirildi getdim, seçildim və bir müddət sonra televizyanı açdım və ailə uzvlərindən oturub məni izləməklərini xahiş elədim (gülür) O gündən etibarən onların fikrin tamamilə dəyişməyi bacardım və televiziyaya gəldim (gülür)
- Reaksiyaları necə oldu?
- Təbii ki, əvvəlcə təəcübləndilər, daha sonra məni təbrik belə etdilər. Çünki veriliş uğurlu alınmışdı.
- Sənə görə Azərbaycanın ən peşəkar teleaparıcıları kimlərdi?
- Mən ən peşekar teleaparıcı olaraq Rafıq Həsimovu görürəm və çox sevinirəm ki, onun tələbəsi olmuşam. Daha sonra Şərqiyyə xanım, Natavan xanım, Nərgiz Cəlilova da özünəməməxsus və öz sözünü demiş aparıcılardı.
- Bəs hazırda telekanallarda çalışan aparıcılardan kimi deyə bilərsən?
- Hərəsı özünə görə sevilir,seçilir. Amma mən heç bir aparıcının adın söyləyə bilmərəm. Öncəki sualda heyranlıqla izlədiklərimin adlarin açıqladım.
- Fizzə, son dəfə "Azərbaycanın səsi"ndə aparıcı olaraq görmüşdük səni. Ondan sonra neçə müddətdir ki, televiziyalarda görünmürsən. Nə baş verir?
- Çox uzun müddət deyil, hər zaman prodakşn layihələrində aparıcılıq etmişəm,indi artıq kanallarımızdan birində fəaliyyətimi davam etdirməyi düşünürəm. İnşAllah yaxın vaxtlarda intizarınıza son qoyulacaq (gülür)
- Sosial şəbəkələrdə çox aktivsən. Günün neçə saatını burada keçirirsən? Maraqlı nə kimi mesajlar gəlir sənə?
- Bir neçə saatım alır sosial şəbəkələr. Maraqlı mesajlar həddən artıq cox olur. Facebookda mənə dəfələrlə evlilik təklifi ediblər. Yazılan mesajları nadir hallarda oxuyuram. Oxumadiğımı görəndə isə özündən razılıq və ya efirlə əlaqələndirirlər.
- Paylaşımlarından görünür ki, insanlara etibarın azdır. Niyə bu qədər pessimstsən?
- Pessimst deməzdim,amma insanlardan bacardığim qədər uzağ olmağa çalışıram.
- Səbəb?
- Bəzi insanların dildəki sözüylə, əməlləri arasında məsafə böyükdür. Hər kəs özü haqqında sözlərində çox yüksək fikirdədir, atdıqları addimlar isə tam əksini göstərir. Mən də insanlardan uzaq olmağı özüm üçün daha xeyrli sayıram...
- Nə vaxta kimi davam edəcək bu?
- Özün doğruldan sözü və özü eyni olan insanlarla rastlaşana qədər.
- Azərbaycan televiziyalarından hansı verilişin aparıcısı olmaq istərdin?
Hazırda yayımlanan heç bir verlişin və heç kimin yerində olmaq istəmərəm.
- Fizzə, son olaraq nə demək istəyirsən
- Bütün oxuculara və sizə təşəkkür edirəm. Suallarınızın hər biri çox gözəl idi. Çox xoşuma gəldi (gülür)
Hacıbəy Heydərli, AZXEBER.COM