13:22 çərşənbə Axşamı, 23 Oktyabr 2018
SOSİAL

Azərbaycanlı tələbənin ukraynalılarla 18+ videosu yayıldı - SƏFİRLİK AÇIQLAMA YAYDI

23:37, 10.10.201830487
Azərbaycanlı tələbənin ukraynalılarla 18+ videosu yayıldı - SƏFİRLİK AÇIQLAMA YAYDI
Ukraynada azərbaycanlı gənclərin təhdid videosu yayılıb

AZXEBER.COM xəbər verir ki, Youtube kanalında azərbaycanlı gənclərin Kiyevdə bloggerləri hədələməsi ilə bağlı video paylaşılıb. Belə ki, Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin qadağan olunmuş yerdə avtomobillərini saxlamasına etiraz ediblər.Nəticədə bloggerlər ölümlə təhdid olunublar.
 
Üç azərbaycanlı tələbə bloggerin üstünə hücum çəkərək onu söyüşlə təhqir ediblər.

 


Tələbələrdən biri Azərbaycanın Ukraynadakı səfirinin onun dayısı olduğunu bildirərək, bloggeri başına tapança dirəyəcəyi ilə hədələyib. Digər tələbə isə söyüş söyərək bloggerin gecə başına oyun açacaqlarını deyib. 

YouTube kanalına yerləşdirilən videoya qısa müddət ərzində trendə çevrilib..

 

Hadisə ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyi açıqlama yayıb. 


Səfirlikdən AZXEBER.COM-a verilən açıqlamada deyilir:


"Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları ictimaiyyət arasında narazılığa səbəb olub. Xüsusilə, həmin insanların insident baş verən video-görüntüdə yalandan Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması təəssüf hissi yaradır. Bildiririk ki, qeyd edilən şəxslərin hətta hər hansı qohumu səfirlikdə çalışmır.


Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır. Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir.

Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik!"

 

Həmin videonu təqdim edirik: 

 

P.S. Videoda qeyri-etik ifadələr işlənib.


 


 

XƏBƏR LENTİ