Azerbaycanlı xanım müğənni oğlanlarla yolun ortasında - FOTOLAR
MAQAZİN
14:49 11.12.2012
9633
Tanınmış müğənni Sevincdən xəbər var.AZXEBER.COM-a açıqlama verən müğənninin prodüseri Vüqar Şəfiyev bildirib ki, xanım ifaçı peşəkar rejissor axtarışındadır:“Yeni mövsüm üçün yaradıcılıq işləri ilə bağlı bir çox planlarımız var. Sevincin ifa etdiyi “Yenə - yenə”,“Eşq dəlisi” mahnılarından sonra “ Dəyməz “ adlı daha bir mahnı hazır olmaq üzrədir. Musiqisi Pərviz Mahmudova, sözləri Samir Oruca məxsus olan mahnının aranjimanını Ramin və İsmayıla həvalə etmişik. Demək olar ki, mahnının son tamamlanma işləri gedir.Düşünürəm ki, bu mahnı seviləcək və şou aləmində partlayacaq. Bu mahnıya ekran həyatı vermək barədə düşünürük. Lakin bu klipi sıradan bir iş kimi təqdim etmək niyyətində deyilik. O üzdən peşəkar bir rejissor axtarışındayıq”.Ozal İbrahimli