Azərbaycanlılar Britaniya parlamentinə və daxili işlər nazirinə müraciət etdi

Azərbaycanlılar Britaniya parlamentinə və daxili işlər nazirinə müraciət etdi
SOSİAL
16:44 06.08.2022
258

Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanıb. Həmçinin Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının Londonun mərkəzi küçələrindən birində yerləşən Azərbaycan səfirliyinə edilmiş hücumu şiddətlə qınadığı, bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu, Azərbaycanın dövlət atributlarına və ərazisinə təcavüz olduğu bildirilib.

"Biz bunu qətiyyətlə pisləyirik. Bu cür əməllər xalqımızın radikal dini ideologiyaya və onların tətbiq etməyə çalışdığı zülmə qarşı birgə mübarizə əzmini daha da gücləndirəcək”, - qeyd olunub.

Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsindəki boşluğu üzə çıxardığı və ev sahibi ölkənin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görməli olduğu qeyd edilib:

"Azərbaycan Respublikası hər cür dini ekstremizmə qarşı çıxan tolerant, dünyəvi dövlətdir. Bu hücum Azərbaycanın Cənub-Şərqi Avropaya tədarük təmin etmək üçün neft-qaz sektorunda Aİ ilə əlaqələrini daha da inkişaf etdirməsi və Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının həlledici mərhələyə çatması ilə eyni vaxta təsadüf edir, böyük ehtimalla bu imkanları sıradan çıxarmaq, Birləşmiş Krallıqla Azərbaycan arasında gündən-günə inkişaf edən münasibətləri korlamaq və Böyük Britaniyanı qeyri-sabit ölkə kimi təqdim etmək məqsədi daşıyır”.

Böyük Britaniyada yaşayan azərbaycanlılar ölkədə diplomatik-siyasi sabitliyin bərpa olunması məqsədilə radikal kriminal qruplaşmanın üzvlərinin ölkədən çıxarılmasını tələb ediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik