‘Azərbaycanlılar da dəfələrlə İrəvanda qonağım olub’ - Bakıya gələn erməni deputat

‘Azərbaycanlılar da dəfələrlə İrəvanda qonağım olub’ -  Bakıya gələn erməni deputat
SİYASƏT
10:09 30.06.2014
1607

Ermənistanın hakim Respublika Partiyasından olan deputat Artaşes Geqamyan ATƏT PA-nın hazırda Bakıda keçirilən sessiyasında iştirak edir. Ermənistanın AŞ PA və ATƏT-dəki parlament nümayəndə heyətinin üzvü olan A.Geqamyan virtualaz.org-un suallarını cavablandırıb: - Özünüzü Bakıda necə hiss edirsiniz? - Normal. Adi işgüzar atmosferdir. - Yəqin Bakıya ilk dəfə gəlirsiniz. Təəssüratlarınız necədir? - Yox, Bakıya artıq 15-ci dəfədir gəlirəm. Bakıya əvvəllər - 1988-ci ildən Qarabağ münaqişəsi başlamazdan qabaq gəlmişdim. Mən İrəvanın meri idim. Azərbaycanlılar da dəfələrlə İrəvanda qonağım olub. Özüm də Bakıya tez-tez gəlib-getmişəm. - Siz Bakıya bu dəfə sülhsevər ovqatda gəlmisiniz, yoxsa davakar ruhda? Bir neçə gündür Azərbaycandasınız. Necə düşünürsünüz, bu iki xalqın barışmasına az da olsa ümid varmı? - Təəssüf ki, Helsinki Yekun Aktı mövcud siyasi reallıqlar əsas götürülmədən şərh olunur. Bu da geosiyasi konyukturanın şərtləri tərəfindən diqtə edilir. Özlərinə lazım olanda gah azərbaycanlıları dəstəkləyirlər, gah da erməniləri. Hansı prinsipin imperativ əhəmiyyət kəsb etməsi məsələsinə aydınlıq gətirilməyincə vəziyyət dəyişməyəcək. Azərbaycan öz sözünü deyəcək, Ermənistan da öz arqumentlərini gətirəcək. Burada da qeyri-adi heç nə yoxdur. Münaqişə davam etdikcə sərhəddə günahsız insanlar ölür. Buna isə yol vermək olmaz. Moratorium qoymaq lazımdır. Azərbaycanın, Ermənistanın və Dağlıq Qarabağın anlaşma içində yaşamasını təmin edəcək prinsiplər işlənib hazırlanmalıdır. Bunun üçünsə elə vəziyyət yaradılmalıdır ki, ölkələrimizin iqtisadi maraqları üst-üstə düşüb çulğaşsın. Bizə dinc yanaşı yaşamaq lazımdır. Bütün regionun güclü iqtisadi inkişafına nail olmaq, xalqlarımız arasında dostluq münasibətlərinin yenidən bərpa olunmasını təmin etmək lazımdır. Elə eləməliyik ki, azərbaycanlılar özlərini İrəvanda, ermənilər isə Bakıda rahat, evdəki kimi rahat hiss eləsinlər. Qabaqlar belə idi. Bu səfərimə qədər 14 dəfə Bakıda olmuşam. Hər dəfə də mehribanlıq, xeyirxahlıq görmüşəm. Mənim azərbaycanlı həmkarlarım da eyni şeyi deyir. Amma onların adını çəkməyəcəm. Birdən bunun onlara ziyanı dəyər. Onlar da ermənilərdən həmişə xeyirxahlıq, yaxşı münasibət görüblər. Görünür, kimlərsə bu iki xalq arasında düşmənçiliyin davam etməsində maraqlıdır, bu düşmənçilik həmin qüvvələrə sərf edir. Bu da heç kimə əsla gərək olmayan qanlı olaylara, qan tökülməsinə gətirib çıxarır. Necə olursa olsun, biz bir yerdə yaşamağa məhkumuq. Ağıllı qonşular isə bir yerdə yaşayır, ticarət edir, mədəni tədbirlər, bayramlar keçirir. Bir-birimizə niyə güllə atmalıyıq axı?! Bizim xalqların sülhə, əmin-amanlığa ciddi ehtiyacı var. Bizim prezident Serj Sarkisyan da bu yaxınlarda dedi ki, sülh üçün yaxşı zəmin yaranıb. - Belə təəssürat yaranır ki, Ermənistan Rusiyanın yaratdığı Avrasiya İttifaqına daxil olmaq məsələsinə yenidən baxa bilər. Sarkisyan son qərar verməyə niyə tələsmir, məsələni niyə uzadır? - Bizim prezident hələ ötən il sentyabrın 3-də Moskvada səfərdə olanda Ermənistanın bu ittifaqa girmək arzusunu dilə gətirib. Ermənistanın həmin ittifaqa daxil olmasının ləngiməsi obyektiv səbəblərlə bağlıdır. Lakin çox tezliklə Ermənistanın Avrasiya İttifaqına üzv olması ilə bağlı təntənəli imzalanma mərasimi olacaq. Yeri gəlmişkən, biz Azərbaycanın da bu ittifaqa daxil olmasını çox arzulayırıq. Bu, Qarabağ məsələsinin həllinə də əhəmiyyətli dərəcədə kömək edərdi.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda