Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib

Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
İQTİSADİYYAT
15:12 27.02.2026
310
"Azercell Telekom” MMC-nin "TikTok” platformasındakı rəsmi səhifəsi təsdiqlənmiş (verified) hesab statusu qazanıb. Bununla da Azercell yerli telekommunikasiya bazarında bu nişana layiq görülən ilk mobil operator olub.
 
AZXEBER.COM xəbər verir ki, platforma tərəfindən təqdim olunan rəsmi təsdiq nişanı yalnız aktiv, etibarlı və orijinal məzmun paylaşan, həmçinin "TikTok”un Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına tam əməl edən səhifələrə verilir. Azercell-in hesabı bütün verifikasiya meyarlarına uyğunluq nümayiş etdirərək bu statusu əldə edib.

2020-ci ildə yaradılan səhifə qısa müddət ərzində geniş auditoriyanın diqqətini cəlb edərək brendin rəqəmsal məkandakı mövqeyini gücləndirib. Hazırda 200 mindən çox izləyicisi olan səhifə, izləyici sayına görə yerli telekom bazarında liderliyini qoruyur və auditoriyası dinamik şəkildə artmaqda davam edir.

Azercell-in rəsmi sosial media platformaları istifadəçilərə 24/7 rejimində təqdim olunan xidmətlər, yeni tarif və kampaniyalar, sosial təşəbbüslər və digər yeniliklər barədə operativ məlumat almaq imkanı yaradır. Eyni zamanda, müştərilər şirkətlə birbaşa əlaqə saxlayaraq müraciətlərinə qısa müddətdə cavab əldə edə bilirlər. Bu yanaşma Azercell-in açıq və əlçatan kommunikasiya modelinin tərkib hissəsidir.

Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında ilk dəfə məhz "Azercell Telekom” MMC 2008-ci ildə "Facebook”, 2009-cu ildə "Twitter”, 2012-ci ildə isə "Instagram” platformalarında rəsmi səhifələrini yaradıb. Bu gün də şirkət sosial mediada aktiv və innovativ iştirakını davam etdirir.

OXŞAR XƏBƏRLƏR