“Azercell” mobil tətbiqləri artıq “Kabinetim”də!

“Azercell” mobil tətbiqləri artıq “Kabinetim”də!
İQTİSADİYYAT
18:02 19.08.2020
840
İndi mobil operatorun rəqəmsal xidmətlərinə qoşulmaq daha da rahat oldu.

Müasir telekom bazarında unikal olan "Azercell”in "Kabinetim” mobil tətbiqi abunəçilərin rahatlığı üçün daha geniş imkanlar yaradır. İndi artıq bu tətbiqin istifadəçiləri vahid mənbə olaraq "Kabinetim” vasitəsilə "Azercell” tətbiqlərinə abunəlik əldə edəcək, həmçinin cari statusu asanlıqla izləyib idarə edə biləcəklər. 

Belə ki, "Kabinetim” tətbiqinin son yenilənmiş versiyasında "iVi Mobil Cinema” və "BluTV” tətbiqlərinə anında qoşulma imkanı yaradılıb. Bunun üçün sadəcə "Tətbiqlər” bölməsinə daxil olub, abunə olmaq istədiyin tətbiqi seçmək lazımdır.  Xatırladaq ki, iVi tətbiqi minlərlə film və serialı eyni anda beş cihazdan izləməyə imkan verir. "BluTV”yə abunəlik isə eksklüziv olaraq türk film və seriallarına maneəsiz baxmağa şərait yaradır.

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi abunəçilərə nömrəyə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verir. "Kabinetim” çərçivəsində onlayn çat vasitəsilə müştəri xidmətlərinə birbaşa müraciət etmək mümkündür. Nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini "App Store”, "PlayStore” və ya "Huawei AppGallery”dən ödənişsiz olaraq yükləmək mümkündür. 

Gələcəkdə Kabinetim” üzərindən digər tətbiqlər - xarici diləri öyrənmək üçün "Busuu”, "Bookmate” onlayn kitabxanasına, 200-dən çox kanala abunəlik verən NNTV, 40 milyona yaxın mahnı bazası olan "Zvuk” və digər tətbiqlərə qoşulmaq imkanı yaradılacaq. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell”i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, "Azercell” Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Mobil operator "Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. "Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. "Azercell” ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

OXŞAR XƏBƏRLƏR