Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

İQTİSADİYYAT
13:47 20.12.2024
381

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha bir yeniliyə imza atır. Şirkət "Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən innovativ "AI Chat Bot” həllini istifadəyə verir.

AZXEBER.COM xəbər verir ki, bu gündən etibarən "AI Chat Bot” tətbiqin "chat” bölməsində müştərilərə operativ və fasiləsiz xidmət göstərir. Belə ki, abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll sorğuları 24/7 rejimində cavablandırır. Hazırda "AI Chat Bot” yalnız Android platformasında mövcuddur, lakin tezliklə iOS istifadəçiləri üçün də əlçatan olacaq. Xidmətdən yararlanmaq üçün tətbiq yenilənməlidir.

Yeni xidmətin üstünlükləri:

  • Müştəri sorğularını ani emal edir;
  • Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
  • Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.

 

Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.

Qeyd edək ki, Azercell ötən il Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistenti – "Aicell”i təqdim edib. Abunəçilərin bir çox sorğusunu özü icra edən "AiCell” ehtiyac olduqda zəngləri IVR və ya operatora yönləndirir.

Hər iki xidmətin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir.

Şirkət yeni xidmətləri ilə bağlantını asanlaşdırıb, həyatı daha dolğun etməyi hədəfləyir.

"Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın!

 

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb