“Azercell”in dəstək olduğu “Dataforest” startapı çempion seçilib

“Azercell”in dəstək olduğu “Dataforest” startapı çempion seçilib
İQTİSADİYYAT
17:26 28.03.2019
6736
"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstək olduğu startaplar beynəlxalq miqyaslı müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər.

AZXEBER.COM xəbər verir ki, bu dəfə, mərkəzin gənc rezidentlərindən "Dataforest” böyük uğura imza ataraq, "İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyasında (Action Line 7. ICT Application: Benefits in all aspects of life - E-business) "İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin (WSIS) çempionu seçilib. İlk dəfə 2012-ci ildə keçirilən "WSIS”, rəqəmsal sahələrdə mövcud trendlərin, yeniliklərin və çətinliklərin müzakirə olunduğu ən iri toplantı hesab olunur.

Qeyd edək ki, "Dataforest” "WSIS” Pay Sahibləri cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biri idi. 2019-cu il, 8-12 aprel tarixləri ərzində İsveçrənin Cenevrə şəhərində keçiriləcək "WSIS 2019 Forumu”nda "WSIS” cəmiyyətinin 2 milyondan artıq səs toplayan 18 qalib və 72 çempion layihəsinin mükafatlandırılması gözlənilir.

Məlumat üçün bildirək ki, "Dataforest” dünyanın hər yerindən öz məlumatlarını yükləmək və paylaşmaqla asudə vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal bir platformadır. "Dataforest”- müxtəlif məlumatı özündə cəmləyən keyfiyyətli, sürətli və rahat bir mənbədir. 2018-ci ildə "MİT Qlobal Startap Laboratoriyası”nda yaranan startap, ölkəmizdə də qısa müddət ərzində böyük nailiyyətlər qazana bilib. Belə ki, "MİT GSL Azerbaijan Demoday”inin qalibi olan layihə,  "AWITA 2018”də "İlin Startapı” kimi mükafatlandırlıb. 

Qeyd etmək istərdik ki, bu il fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, "Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə əsasən informasiya texnologiyaları sahəsinə aid layihələrin və startapların şirkətləşməsinə kömək edir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz 20-yə yaxın uğurlu layihəyə ev sahibliyi edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi