"Azerfon"a tabe olan şirkətdən "Azercell"ə sərt cavab

MARAQLI
18:07 03.11.2011
1774
BBTV şirkəti dünən Azercell şirkətinin prezidenti Ali Ağanın BBTV-nin Radiotezliklər üzrə Dövlət Komissiyasının (RTDK) qəbul etdiyi qərarı icra etməməsi və bununla qanunvericiliyini pozduğu barədə dediklərinə cavab olaraq məlumat yayıb.
B&B TV Communikasion MMC-nin direktoru Səbinə Babayevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, A. Ağan tərəfindən RTDK tərəfindən qəbul olunmuş qərar BBTV-nin hüquq və qanuni mənafelərinə toxunduğunu nəzərə alaraq, BBTV şirkəti 25 oktyabr 2011-ci il tarixində həmin qərardan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verib. Həmin tarixdə şirkət həmçinin məhkəməyə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək şirkət ilə RTDK arasında müvafiq məhkəmə mübahisəsi həll edilənədək şirkətdən müvafiq radiotezliklərin alınmasının qadağan edilməsini xahiş edib. Məhkəmə şirkətin ərizəsini əsaslı hesab edərək onu təmin etmiş və bu barədə müvafiq qərardad çıxarıb. Müvafiq olaraq BBTV şirkəti tərəfindən RTDK-nin qərarının hal-hazırda icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərəflər arasında məhkəmə mübahisəsinin mövcudluğu ilə əlaqədardır.Məlumatda bildirilir ki, Azercell şirkətinin prezidenti Ali Ağanın BBTV şirkətinin Azərbaycan Respublikasının qanunvericiliyinin pozduğu barədə verdiyi bəyanat yanlışdır və bununla BBTV şirkətinin işgüzar nüfuzuna xələl gətirir. Bununla bağlı BBTV şirktəinin rəhbərliyi Əli Ağana bu cür bəyanatlar vermədən əvvəl Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaxından tanış olmağı və bundan sonra BBTV şirkətinə münasibətdə bu kimi məsuliyyətsiz bəyanatları verməməyi tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar