Türkiyənin tanınmış prodüseri Erol Köse ölkədəki rüşvət əməliyyatı ilə bağlı fikirlərini öz twitter hesabındabölüşüb.
Prodüserin əsas hədəfi müğənni Ebru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab olub.
“Sabahınız xeyir…Bu an etibarı ilə Ebru Gündəşin iki villası müsadirə olundu. Gənc ərinin bütün mal varlığı müsadirə olundu. Ən çox Ebruya üzüldüm. Hər kəs bilir ki, sırf pulu üçün onunla evlənmişdi . Heç onun tipi deyildi. Bax gör nə oldu indi? Əldəki pullar da getdi. Azəri qızı Günel, canını Zərrabdan yaxşı qurtardın sən …Ya da ahın tutdu”