Ötən gün Türkiyənin "Samanyolu" yayım qrupunun 20-ci ildönümü münasibətilə İstambul Konqress Mərkəzində "Fətullah Gülənin mahnıları" adlı irimiqyaslı konsert proqramı keçirildi. Canlı yayımla təqdim olunan konsert proqramında Türkiyənin məhşur türk sənət musiqiçiləri, müğənniləri ilə yanaşı Azərbaycanın əməkdar artisti Azərin də gecədə iştirak etdi. Gecədə Türkiynəin məhşur sənətçilərindən Müazzes Ersoy da konsertdə canlı ifa etdi. Əməkdar artistimiz Azərin 60 nəfərlik Simfonik Orkestrin müşayətilə Fətullah Gülün məhşur mahnılarından bir neçəsini ifa etdi. Türkdilli dövlətlərin maraqla izlədiyi, bir çox Türkdilli ölkələrin ziyalılarının, sənət adamlarının, səfirlərinin qatıldığı bu gecədə Azərbaycanın əməkdar artisti Azərinin də səhnədə yer alması bizlərə də qürur verdi. Qeyd edək ki, Azərin Türkiydə fəaliyyəti dövründə maksimum şəkildə Azərbaycan mədəniyyətini təbliğ etməyə çalışır. /anspress/