“Azəriqaz” bayram günləri ilə bağlı xəbərdarlıq edib

İQTİSADİYYAT
09:00 28.12.2013
1617

Bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmaları, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur.

AZXEBER.COM xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında bildirilib.Həmçinin qeyd olunub ki, “Azəriqaz” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabrdan başlayaraq gücləndirilmiş iş rejimində çalışacaq.Belə ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.Eyni zamanda, 185 nömrəli qaynar xəttin iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək.Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək.

OXŞAR XƏBƏRLƏR