"Azersun”un ətlə dolu yük maşını yoxa çıxdı

"Azersun”un ətlə dolu yük maşını yoxa çıxdı
SOSİAL
13:28 28.03.2017
3142
Ukraynada "Azərsun Holdinq” şirkətinə gedən ət məhsulu ilə yüklənmiş yük avtomobili yoxa çıxıb.

AZXEBER.COM  xəbər verir ki, bu barədə ölkə.az saytına "Shahin MMC” şirkətinin rəhbəri məlumat verib. Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərindən "Azərsun Holdinq”sirkətinə məxsus  ət məhsulu ilə yüklənmiş və Azərbaycanda fəaliyyət göstərən digər bir şirkətə "Alpenfud” MMC-yə məxsus yağ məhsulu ilə yüklənmiş iki yük avtomobili müəmmalı şəkildə yoxa çıxıb.

"Shahin MMC”-nin rəhbəri Mətləb Nəcəfov qeyd edir ki, yükləri daşıyan Ukrayna şirkəti "Transimpeks LTD”-yə məxsus avtomobillərdəki yüklər 24 fevral 2017-ci il tarixində gəmiyə oturmalı idi, lakin nəqliyyatçı şirkətin nümayəndəsi Andreyin verdiyi məlumata görə avtomobildə yaranmış texniki nasazlıq üzündən gecikmə yaşanıb. Daha sonra bu avtomobilin 02 mart 2017-ci il tarixində növbəti gəmiyə oturması nəzərdə tutulmuşdu. Tərəflər arasında əldə edilmiş razılığa görə avans olaraq bu avtomobilə gəmiyə oturmadan əvvəl Mətləb Nəcəfov tərəfindən 2000 ABŞ dolları ödənilməli idi. Bu səbəbdən də M.Nəcəfov 01 mart 2017-ci il tarixinə qədər hər gün sürücü və şirkətin nümayəndəsi olan Andrey  ilə mobil telefon əlaqəsi saxlayıb, lakin bu tarixdən sonra sürücü və Andrey ilə telefon əlaqələri saxlamaq mümkün olmayıb. 
 
Mətləb Nəcəfov bildirir ki, səhər saatlarında sürücü və şirkətin nümayəndəsi Andreyin mobil telefon nömrələrinə yenə də zəng çatmadığını gördükdə tədbirlər görməyə başladıb. Öncə göndərici şirkətə məlumat verib və alıcı şirkətin loqistika şöbəsini xəbərdar edib. Sonra şirkətin sahibi Serqey adlı şəxsin mobil nömrəsinə zəng vurub və həmin vaxt öyrənib ki, baş verənlərdən məlumatlıdır, o da öz növbəsində Andrey və sürücünün axtarışındadır. M.Nəcəfov saha sonra rəsmi qaydada polisə müraciət edib. Müstəntiq isə "Transimpeks LTD”-nin sahibi ilə əlaqə saxladıqda məlum olub ki, ümumi olaraq bu şirkətin 8 maşını yük ilə birlikdə yoxa çıxıb.
 
M.Nəcəfov "Transimpeks LTD  şirkəti ilə ilk dəfə əməkdaşlıq etdiklərini bu səbəbdən bu şirkətin Ukraynada AsMAP-dan leqitim olmasını dəqiqləşdirdiyini deyir. Eyni zamanda Ukrayna gömrük orqanları da daşıyıcı şirkətə lazımi sənədləri verib. 
 
M.Nəcəfov hadisə ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etdiyini, lakin onlara heç bir köməklik göstərilmədiyini də qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
16:07 24.08.2025
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
15:57 24.08.2025
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:53 24.08.2025
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
15:49 24.08.2025
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir