“Bacımın üzünə bir sillə vurdum, sonra zorladım” - Bakıda bacısını zorlayan idmançı

“Bacımın üzünə bir sillə vurdum, sonra zorladım” - Bakıda bacısını zorlayan idmançı
KRİMİNAL
17:20 31.10.2013
28114

Doğma bacısını zorlamaqda təqsirləndirilən Xalid Həsənovun (ad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Ailem.az cinayət işinin ittiham aktı əsasında hadisənin təfərrüatlarını təqdim edir.

“Özümdən asılı olmayaraq bacımla cinsi əlaqədə olmaq istədim”

1990-cı ildə Bakı şəhərində anadan olan Xalid məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verib. O, ifadəsində özünü qismən təqsirli bildiyini deyib: “Mənim 8 bacım, 2 qardaşım var. Atam 2003-cü ildə dünyasını dəyişib, böyük qardaşımla böyük bacım ailə qurub, ayrı yaşayırlar. Biz isə anamla yaşayırıq. Əsəbi olduğumdan uşaqlıqdan bacılarımla kobud davranmışam. Əsəbiləşəndə onları nalayiq ifadələrlə söymüşəm. Səkkiz il kikboksinqlə məşğul olmuşam və I idman dərəcəm var. Hadisə baş verən gün mən yatmışdım. Təxminən saat 18.00 radələrində bacım Vüsalə məni yuxudan oyatdı ki, “biz gedirik, dur Sevinc (ad şərtidir) yerləri yığsın”. Mən də yuxudan durdum. Bir stəkan su içdim, bir az sonra bacılarım evdən bayıra çıxdılar. Mən və Sevinc evdə tək qaldıq. Bundan sonra özümdən asılı olmayaraq ehtirasa gəlib bacımla cinsi əlaqədə olmaq istədim. Bacıma yaxınlaşıb əynindəki köynəyini çıxartmağa başladım. Sevinc mənə istəmədiyini dedi. Lakin mən əl çəkmədim və arxadan olacağımızı bildirdim. Əsəbiləşərək bacımın üzünə bir sillə vurdum, sonra zorladım” .

“Məni çarpayıya ağzı üstə uzadıb, əlilə ağzımı tutdu”

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Sevinc ifadəsində göstərib ki, qardaşı evdə heç kəsin olmadığından istifadə edib onun paltarlarını soyundurub və onu qeyri-təbii üsulla cinsi əlaqəyə məcbur edib: “Mən ona əlimlə müqavimət göstərəndə məni sillə ilə vurdu. Məni çarpayıya ağzı üstə uzadıb, əlilə ağzımı tutdu. Sonra məni arxadan zorlamağa başladı. Bu zaman ağrıdan burnumdan qan gəldi. O, burnumdan qan gəldiyini görüb cinsiyyət orqanını çıxartdı. Sonra məndən paltarlarımı geyinməyimi istədi və bu haqda kiməsə desəm məni öldürəcəyi ilə hədələdi. Ona görə də qorxaraq baş verənlərlə bağlı heç kimə bir söz demədim. Bundan bir müddət sonra evdə yenə də onunla tək qaldım. Bu dəfə də eyni qayda ilə məni zorladı. Lakin bu dəfə burnumdan qan gəlmədi. Bir müddət sonra Quba rayonuna getdim. Orada bizim evimiz var. Həmin vaxt baş verənləri böyük bacıma danışdım. O da digər bacılarıma dedi. Belə qərara gəldik ki, bu haqda polisə məlumat versək, Xalid boynuna almayacaq. Ona görə də bacım Vüsalə təklif etdi bir kamera alım. Bu hadisə bir daha təkrarlanandan sonra əlimizdə sübut olacaq. Bu məqsədlə bacım Vüsalə videokameralı “SONY” markalı fotoaparat aldı. Həmin gün mən və digər bacılarım Vüsalə, Gülnarə, Xəyalə, Aytac və qardaşım Xalid evdə idik. Axşam tərəfi Vüsalə, Xəyalə və Aytacı marketə göndərdi. Xalid isə həmin vaxtı yatmışdı. Biz gizlicə kameranı qonaq otağında olan servantın üstünə quraşdırdıq. Bundan sonra Vüsalə Xalidi səsləyərək yuxudan oyatdı. Vüsalə, Gülnarə ilə birlikdə evdən çıxanda Xalid artıq oyanıb ayağa qalxdı. Vüsalə Xalidə Xəyalə və Aytacın marketə getdiyini, özünün isə Gülnarə ilə rəfiqəsigilə getdiyini deyib evdən çıxdılar. Xalid onlar gedəndən sonra qapını bağladı və mənə yaxınlaşıb, öpərək qucaqlamağa başladı. Mən də onun hərəkətləri kameraya düşsün deyə qonaq otağına keçdim. Məndən əl çəkməyi desəm də əl çəkmədi. Bu dəfə də mənimlə cinsi əlaqədə oldu. Sonra isə həyətə getdi. Mən tez kameranı söndürüb, bacıma zəng elədim və baş verənləri danışdım. Bundan sonra bacım Vüsalə ilə birlikdə polis bölməsinə gedib şikayət ərizəsi verdik”.

Şahid ifadələri

Məhkəmədə şahid qismində dindirilmiş Vüsalə, Gülnarə və Xəyalə oxşar ifadələr verərək, baş verənləri eşidəndə şoka düşdüklərini deyiblər. Onlar bu cür hərəkətinə görə qardaşlarının cəzalandırılmasını məhkəmədən xahiş ediblər.

Məhkəmənin hökmü

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
Bank of Baku istiqrazlarını alın - illik 13% GƏLİR QAZANIN
15:44 17.09.2025
Bank of Baku istiqrazlarını alın - illik 13% GƏLİR QAZANIN