Bakının mərkəzi yolları bağlanacaq - SİYAHI

MARAQLI
12:18 27.04.2011
1867

“Əhalinin, avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, aşağıda qeyd olunan istiqamətlərdən mümkün qədər az istifadə etsin: Aeroport şossesindən Heydər Əliyev prospektinə, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri, 10-cu dairə, Lermantov, Mehdi Hüseyn, Teymur Elçin küçələri, Parlament prospekti, Şəhidlər xiyabanı və Fəxri xiyaban istiqamətində və geriyə olmaqla nisbətən az istifadə etsinlər. Həmçinin həmin istiqamətdə hərəkətin fasilələrlə məhdudiyyət tətbiq ediləcəyini nəzərə almaqla alternativ yollarla getsin. Nəqliyyat vasitələrinin park etməkdə məhdudiyyətlər qoyulacaq ki, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsin”. //lent.az


OXŞAR XƏBƏRLƏR