“Bakcell” Gəncədə Novruz şəhərciyinin baş sponsoru olub - Fotolar

“Bakcell” Gəncədə Novruz şəhərciyinin baş sponsoru olub - Fotolar
İQTİSADİYYAT
10:23 29.03.2019
3493
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell" ölkəmizdə Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliklərdə aktiv iştirak edib. Şirkət Gəncə şəhərində təşkil edilmiş böyük "Novruz şəhərciyinin” baş sponsoru olub.
 
AZXEBER.COM xəbər verir ki, bayram günlərində Gəncənin Heydər Əliyev meydanında salınmış böyük "Novruz şəhərciyində” hündürlüyü 4,5 metr olan nəhəng səməni quraşdırılmış,  gün ərzində şəhərciyə gələn qonaqları isə Novruz bayramının əsas atributları olan Kosa, Keçəl və Bahar qızı qarşılayıblar. Şəhərcikdə müxtəlif milli məhsullarının nümayişi və satışı həyata keçirilib, qonaqların və xüsusi olaraq uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif attraksionlar quraşdırılıb. Novruz şəhərciyində həmçinin Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramları təqdim olunub. "Novruz şəhərciyi” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət  idarəsinin və "Gənclənd” ailəvi-istirahət kompleksinin təşkilatçılığı ilə salınıb.

"Bakcell" şirkəti Azərbaycanın milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək bayram günlərində Gəncə şəhərində təşkil edilmiş böyük "Novruz şəhərciyinin” baş sponsoru olub. Şəhərcikdə quraşdırılmış "Bakcell" stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar "Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar.

Xatırladaq ki, "Bakcell" şirkəti Novruz bayramında həm Gəncə şəhərində təşkil edilmiş böyük "Novruz şəhərciyinin” həm da "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş "Bahar Qalası” festivalının sponsoru olub.

Bakcell şirkətinin dəstəyilə keçirilmiş ümumxalq Novruz şənliklərində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib. 
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
16:47 15.08.2025
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib