21:57 çərşənbə, 14 Noyabr 2018
İQTİSADİYYAT

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

16:10, 05.06.20184051
Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell”in təxminən iki il bundan əvvəl istifadəyə verilmiş və uşaqlar üçün internetdən istifadənin daha təhlükəsiz olmasını təmin edən internet paketləri artıq 4G şəbəkəsində də fəaliyyət göstərir. Bu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkətinin "İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qoruya biləcəklər.


"Uşaqların təhsili və inkişafında İnternetin rolu çox böyükdür. Lakin biz valideynlər uşaqlarımızın internetdən necə istifadə etmələrinə hər an nəzarət edə bilmirik. İnternet mühitində uşaqlarımızın diqqətindən uzaq saxlamaq istədiyimiz xeyli zərərli məzmun var. Buna görə də Bakcell və ENGİNET valideynlərə arzuolunmaz veb-səhifələri filterdən keçirmək və onlara girişi məhdudlaşdırmaq imkanı verib. Bu məhsula tələbat günü-gündən artmaqdadır. Bakcell ENGİNET ilə birgə virtual dünyanı uşaqlarımız üçün daha təhlükəsiz etmək üçün bu gözəl fürsəti yaradıb”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.


Xatırladaq ki, ENGİNET şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. "Təhlükəsiz İnternet Paketləri”ni alan Bakcell müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyüklər üçün nəzərdə tutulmuş məzmun, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya biləcəklər.


"ENGİNET Azərbaycanda ilk şirkətdir ki "İnternet Filtrasiya Xidməti”ni fərdi bazarda təklif edir və bizim peşəkar komandamız bu məhsulu daha da keyfiyyətli etmək üçün vaxtaşırı olaraq müvafiq yenilənmə işləri həyata keçirir. Dünyada hər gün bir milyondan artıq veb-səhifə yaradılır və bizim də "qara siyahı” sistemimiz buna uyğun olaraq gündəlik yenilənir. Bu yaxınlarda isə axtarış sistemimizə "qara açar sözləri” üzrə daha bir yenilik tətbiq ediləcək”, deyə ENGİNET şirkətinin Marketinq şöbəsinin rəhbəri Elmira Abasova bildirib.


Qeyd edək ki, ENGİNET şirkəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərində Təhlükəsiz İnternet Layihəsinin icrasına başlayıb. Layihənin ilkin mərhələsində Sumqayıt şəhərinin orta məktəblərində "Təhlükəsiz İnternet” mövzusunda açıq dərsləri təşkil edilir.

Sosial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi "Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə

və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Uşaqlar üçün təhlükəsiz internet həllinin təklif olunması da bu fəaliyyətin bir hissəsidir.


Uşaqlarınızı arzuolunmaz məzmundan müdafiə etmək üçün siz sadəcə *134#10#YES yığaraq Bakcell şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etməlisiniz. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər.


Aktivləşdirmə prosesində arzuolunmaz məzmun sistem vasitəsilə sizin mobil internet paketinizdən avtomatik olaraq filtrasiya ediləcək.

"Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.


***


Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda "Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

XƏBƏR LENTİ