Bakda qız üstündə kütləvi dava - VİDEO

SOSİAL
16:48 04.04.2019
6249

Bakının Bakıxanov qəsəbəsində kütləvi dava olub. 

AZXEBER.COM minval.info-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə gəncin yumruq davasına çıxdığı görünür. Onlar bir-birilərinə zərbələr endirib, təhqir edirlər.

İddialara görə, dava qız üstündə düşüb.  Y.Əliyev və S.Mehmandarov küçələrinin kəsişməsində toqquşan gənclər dava etməyə başlayıblar.

Yaşları 15-18 arasında dəyişən onlarla gənci ətrafdakılar seyr etməklə kifayətlənib.

Qeyd edək ki, təhqir dolu sözlər olduğu üçün videonu səs olmadan təqdim edirik:

 

 

OXŞAR XƏBƏRLƏR