Bakı bulvarında bir nəfər özünü öldürmək istədi

Bakı bulvarında bir nəfər özünü öldürmək istədi
Bütün Xəbərlər
11:55 24.11.2015
1019
Məmmədov polisdə izahat verib.
Bakı bulvarında növbəti dəfə intihara cəhd olub.
AZXEBER.COM  xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, dünən saat 16:30 radələrində 1981-ci il təvəllüdlü Məmmədov Mais Knyaz oğlu özünü dənizə atmaqla intihar etməyə cəhd edib.
Dənizkənarı Milli Parkın ərazisindəki şəxslərin köməkliyi ilə intihara cəhdin qarşısı alınıb.
Mais Məmmədov polisdə izahat verib. O bildirib ki, maddi-sosial problemləri ilə bağlı özünü öldürmək istəyib.
Məlum olub ki, 34 yaşlı bu şəxsin 3 övladı olmasına baxmayaraq həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. Bununla əlaqədar sosial yardım ala bilmir.
OXŞAR XƏBƏRLƏR