Bakı-İrəvan dialoqu ilə bağlı rəsmi Moskvadan açıqlama

Bakı-İrəvan dialoqu ilə bağlı rəsmi Moskvadan açıqlama
DÜNYA
21:11 25.12.2025
93
Moskva Bakı ilə İrəvan arasında dialoqda müsbət dinamikanı qeyd edir.

AZXEBER.COM xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, region daxilində əlaqələrin bərpası və yaxşılaşdırılması davam edir.

Zaxarova qeyd edib ki, "Rusiya nəqliyyat əlaqələrinin açılması prosesini, o cümlədən Rusiya taxılının Azərbaycan vasitəsilə Ermənistana davamlı tədarükünü alqışlayır".

O, vurğulayıb ki, bu, "3+3" regional formatının inkişafının aktuallığını təsdiqləyir.
OXŞAR XƏBƏRLƏR