Bakı küçələrində ‘AA’ seriyalı taksi - FOTO

Bakı küçələrində ‘AA’ seriyalı taksi - FOTO
Bütün Xəbərlər
00:25 11.11.2013
2766

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, adi vətəndaşlar – fiziki şəxslər “AA” seriyalı nömrə ala bilməzlər.

Bakı küçələrində nömrə nişanı “AA” seriyası ilə başlayan bahalı avtomobillərə tez-tez rast gəlinir. Maraqlıdır ki, belə avtomobillər dövlətə deyil, fərdi şəxslərə məxsusdur. Halbuki, əvəllər “AA” seriyalı nömrələr yalnız dövlət qurumlarına məxsus avtomobillərə verilirdi. Modern.az bir müddət öncə fiziki şəxslərin “AA” seriyalı nömrə nişanı almasının necə mümkün olduğunu araşdırmaq üçün DİN Baş Dövlət Yol Polisi İdarəsilə əlaqə salamışdı. İdarədən bildirilmişdi ki, adi vətəndaşlar – fiziki şəxslər “AA” seriyalı nömrə nömrə ala bilməzlər. Artıq Bakıda “AA” seriyalı nömrə nişanı olan taksi maşınları da gözə dəyir.  Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hüquqi şəxslərin maşınlarına bu seriyadan olan nömrə nişanları verilib. Eyni zamanda dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti maşınlarına da “AA” seriyalı nömrə nişanı verilir. Yəni “AA” seriyası artıq hamının zənn etdiyi ki, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Hansısa firma və şirkət təsis olunubsa, indi o müəssisələrə məxsus maşına belə seriyadan olan nömrə nişanları verilir. Amma “AA” seriyalı nömrələrin hər sıradan olan şirkətlərə verilmədiyini də öyrəndik. Belə şirkətlərin əsasən yüksək post tutan məmurlara yaxın qurumlar olduğu bildirilir. Eyni zamanda “AA” seriyalı nömrə nişanlarının qiymətinin də baha olduğu qeyd olunur.

OXŞAR XƏBƏRLƏR