Bakı Metropoliteninin stansiyalarında daha müasir eskalatorlar quraşdırılacaq Bakı Metropoliteninin mətbuat xidmətindən bildirlib ki, keçmiş SSRİ istehsalı olan istismar müddəti bitmiş eskalatorların əvəz edilməsi prosesinə başlanıb.İyunun 10-dan “28 May” stansiyasının əsas çıxışı yenidənqurma işlərinin aparılması ilə əlaqədar bağlanacaq. Stansiyada eskalatorların yeniləri ilə əvəz edilməsi ilə yanaşı, onların sayı 3-dən 4-dək artırılacaqdır.