Bakı metrosunda qatarı tüstü bürüdü, vaqonlar boşaldıldı - VİDEO

SOSİAL
15:52 21.09.2019
14037
Bu dəqiqələrdə Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, qatarın "Nəriman Nərimanov” stansiyasından "Gəncliyə” doğru hərəkət etdiyi zaman vaqonları tüstü bürüyüb.

Hadisə şahidlərinin sözlərinə görə, qatar "Gənclik” stansiyasında dayanıb. Bir neçə sərnişinin ürəyi getdiyi bildirilir. 

**

"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında qatarda baş verən tüstülənmənin səbəbini izah edib:

"Qatarı tüstü bürüməsinə səbəb həmin qatardan əvvəl xətdə buraxılan sınaq qatarı olub. Sərnişinsiz hərəkət edən qatarın təkərlərinin detallarından biri sıxılıb və bu üzdən tuneli tüstü bürüyüb. Bu da öz növbəsində ondan sonra gələn qatarda tüstü iyinin hiss olunması ilə nəticələnib. Sərnişinlər metronun "Gənclik” stansiyasında qatardan boşaldılıb. Hadisə nəticəsində xanım sərnişinlərdən biri həyəcanlanıb. O, təcili yardım köməyindən imtina edib”.

OXŞAR XƏBƏRLƏR