Bakı metrosunda yaranan problemin səbəbi açıqlandı

Bakı metrosunda yaranan problemin səbəbi açıqlandı
11:44 11.03.2013
2247

Vaqonların hərəkət qrafiki pozulduğundan, stansiyalarda sərnişin sıxlığı yaranıb.

Bakı Metropolitenindən verilən məlumata görə, səhər saatlarında qatarların ləngimələrinə səbəb "28 May" stansiyasında maşınist kranında baş verən nazasılıq olub.

Maşinist kranı vaqonun əyləc sistemini idarə edən qurğudur.

"Metroda müşahidə olunan ləngimə "28 May" stansiyasında vaqonların birində maşinist kranının ilişməsi ilə əlaqədardır",-deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda qəzanın başvermə səbəbləri araşdırılır və problem aradan qaldırılır.

OXŞAR XƏBƏRLƏR