Bakı metrosundakı problem həll olundu

MARAQLI
23:50 29.11.2011
2576

“Sərnişinlər istədikləri qədər gediş yükləyə bilər”

Bu gün səhər saatlarından etibarən Bakı metropolitenində yaranmış problem aradan qaldırılıb. Bakı Metropolitenindən verilən məlumata görə, artıq stansiyalardakı terminallarda plastik kartlara 4 gedişdən artıq yükləmək mümkündür: “Sərnişinlər plastik kartlara artıq istədikləri qədər gediş yükləyə bilərlər. Dekabrın 1-dək metroda gediş haqqı kartlardan 15 qəpik olaraq çıxılacaq, dekabrın 1-dən isə 20 qəpik olmaqla”.

OXŞAR XƏBƏRLƏR